...

Müsavat Partiyasının keçmiş funksioneri yeni partiya yaradır

Siyasət Materials 18 Aprel 2011 12:06 (UTC +04:00)
Müsavat Partiyasının Məclis sədrliyindən İstefa verən Sülhəddin Əkbər yeni partiya yaradır. Müsavatın Sumqayıt şəhər təşkilatının istefa vermiş üzvü Kəramət Salayev bazar ertəsi Trend-ə bildirib ki, rayonlarda təşkilatlanma işləri ilə bağlı görüşlər keçirilir.
Müsavat Partiyasının keçmiş funksioneri yeni partiya yaradır

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyasının Məclis sədrliyindən İstefa verən Sülhəddin Əkbər yeni partiya yaradır. Müsavatın Sumqayıt şəhər təşkilatının istefa vermiş üzvü Kəramət Salayev bazar ertəsi Trend-ə bildirib ki, rayonlarda təşkilatlanma işləri ilə bağlı görüşlər keçirilir.

Onun sözlərinə görə, ötən həftə Sumqayıt şəhər təşkilatında da görüş keçirilib. Görüşdə əsasən heç bir partiya mənsubiyyəti olmayan vətəndaşlar iştirak ediblər.

Həmin görüşdə Əkbər yeni yaradılacaq partiyanın məqsədi haqqında məlumat verib.

Təşkilatlanma işləri ilə bağlı artıq Respublikanın şimal və qərb rayonlarında da görüşlər keçirilib.

Bundan öncə Kəramət Salayev Trend-ə açıqlamasında yeni siyasi təşkilat yaradılacağı barədə məlumat vermişdi. O, may və ya iyun aylarında yeni siyasi təşkilatın təsis konfransının keçiriləcəyini də bildirmişdi.

Yanvar ayında Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatından 20 nəfərə yaxın fəal üzv bəyanat yayaraq istefa verib. İstefa verənlər səbəb kimi Müsavatın AXCP ilə birləşmə siyasətindən imtina etməsini göstəriblər.

"Hazırda partiya daxilində ideoloji cəhətdən toqquşma var. Partiya daxilində mühafizəkarların fikirlərinə önəm verilməsi, onların nizamnaməyə uyğun olmayan addımlar atmasına şərait yaradılması və alternativ fikrə ögey münasibət bizim Müsavat Partiyasındakı siyasi fəaliyyət imkanlarımızı məhdudlaşdırır", - istefa verənlərin bəyanatda vurğulanıb.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat Partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti