...

Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqları artırıldı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Aprel 2011 20:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqları artırıldı (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra əlavə olunub (ilk xəbər saat 19:22-də yayılıb)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il mayın 1-dən orta hesabla 20 faiz artırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü həmçinin "Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Prezidentinin 2002-ci il 1 iyul tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat məbləğində müəyyən edilsin.

Xəbər lenti

Xəbər lenti