...

Azərbaycanla BƏƏ arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 26 May 2011 12:43 (UTC +04:00)
Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycana gələn Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri Baş Qərargahının Təminat və Təchizat İdarəsinin rəisi, general Xəlifə Məhəmməd Səni Ər-Rumeysinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanla BƏƏ arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycana gələn Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri Baş Qərargahının Təminat və Təchizat İdarəsinin rəisi, general Xəlifə Məhəmməd Səni Ər-Rumeysinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) cümə axşamı Trend-ə verilən məlumata görə, Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə geniş məlumat verib.

Nümayəndə heyətinin başçısı Ər-Rumeysi dörd günlük səfər çərçivəsində MSN-in istehsal müəssisələri ilə tanış olduqlarını və istehsal prosesini yaxından izlədiklərini bildirib.

General Azərbaycanın müdafiə sənayesi sahəsində qısa müddətdə böyük işlərin görüldüyünü xüsusi qeyd edib.

Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın yaradılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Səfər MSN-in dəvəti ilə baş tutub.

Xəbər lenti

Xəbər lenti