...

İrandan Azərbaycana narkotik vasitələri keçirmək cəhdlərinin sayı artıb - DSX rəisi

Siyasət Materials 18 Avqust 2011 11:23 (UTC +04:00)
Irandan azərbaycana narkotik vasitələri keçirmək cəhdlərinin sayı artıb
İrandan Azərbaycana narkotik vasitələri keçirmək cəhdlərinin sayı artıb - DSX rəisi

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir M.Əliyev/

İrandan Azərbaycana narkotik vasitələri keçirmək cəhdlərinin sayı artıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib.

"Narkotiklərin qeyri-qanuni dövriyyəsi və İran tərəfindən Azərbaycana narkotik keçirmək cəhdlərinin sayı artsa da Azərbaycan sərhədçiləri, digər aidiyyatı orqanlar tərəfindən görülən zəruri tədbirlər nəticəsində bunların qarşısı alınmaqdadır", - Quliyev deyib.

Onun sözlərinə görə, bu gün dünyada sərhəd xidmətinə tətbiq ediləcək ən müasir avadanlıqlar Azərbaycan sərhəd mühafizəsində tətbiq edilməkdədir.

"Məhs bunun nəticəsində son illərdə dövlət sərhədinin mühafizəsi ilə əlaqədar sərhədpozmaya cəhdlərinin təqribən 90 faizinin sərhəddə qarşısı alınıb. Bu, beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya qarşı, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə dünya miqyasında çox ciddi göstəricidir", - Xidmət rəisi qeyd edib.

O bildirib ki, son illər ərzində Azərbaycan sərhəd mühafizə infrastrukturunun ən yüksək səviyyədə təmin olunub.

Xəbər lenti

Xəbər lenti