Azərbaycan, Bakı, 21 noyabr /Trend/
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Ələkbərov Malik Qulu oğlu - Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi
Qurbanov Faiq Mirəsədulla oğlu - İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
Muradov Aslan Nüsrət oğlu - Maliyyə və təminat idarəsinin rəisi