Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E. Mehdiyev/
Bakıda cümə axşamı NATO-nun dəstəyi ilə Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda seminar oz işinə başlayıb.
Trend-in məlumatına görə, seminarda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələrindən, həmçinin Əfqanıstandan nümayəndə heyətləri iştirak edir. Tədbirdə sərhəd təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi də müzakirə ediləcək.
Bakıda sərhəd təhlükəsizliyinə dair beynəlxalq seminar öz işinə başlayıb
Bakıda NATO-nun dəstəyi ilə Dövlət sərhəd xidməti tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda seminar oz işinə başlamışdır.