Azərbaycan, Bakı, 10 fevral /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada təbrik məktubu ünvanlayıb.
"İran İslam Respublikasının milli bayramı - İslam inqilabı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq, mehriban qonşuluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Mahmud Əhmədinejada möhkəm cansağlığı, işlərində uğurlar, dost İran xalqına sülh və rifah diləyib.