...

Azərbaycan qar və çovğundan zərər çəkmiş rumınlara yardım göstərib

Siyasət Materials 12 Fevral 2012 14:18 (UTC +04:00)
Azərbaycan qar və çovğundan zərər çəkmiş rumınlara yardım göstərib.
Azərbaycan  qar və çovğundan zərər çəkmiş rumınlara yardım göstərib

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən Rumıniyanın müxtəlif ucqar bölgələrində yaşayan, son günlər aramsız yağan qar və çovğunlu hava şəraitindən zərər çəkmiş əhaliyə humanitar yardım edilmişdir. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyindən məlumat verilib.

Bölgələrdə nəqliyyatın və cari fəaliyyətin iflic olması ilə əlaqədar insanların gündəlik tələbatını qarşılamaq üçün elan edilmiş yardım kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi, Azərbaycan - Rumıniya ikitərəfli sənaye və ticarət palatası, eləcə də Rumıniyada fəaliyyət göstərən Azərbaycan şirkətləri tərəfindən müxtəlif növ ərzaq məhsulları, dərman və tibbi ləvazimatlar, habelə isti geyim əşyaları zərərçəkmişlərə təqdim edilmişdir.

Qeyd etmək lazımdır ki, Rumıniyadakı müxtəlif növ təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında əvvəllər də öz yardımını əsirgəməmiş Azərbaycanın bu dəfə ki nəcib addımı, iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın mühüm göstəricisi kimi qiymətləndirilir.

Rumıniyada humanitar yardım çağırışlarına Azərbaycan dövlətinin hər zamankı kimi çevik reaksiyası və xeyriyyəçilik fəaliyyəti Rumıniya xalqı və ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilmişdir.

Xəbər lenti

Xəbər lenti