...

Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanda işgüzar səfərdədir

Siyasət Materials 9 Mart 2012 10:43 (UTC +04:00)
Avropa Parlamentinin bir qrup deputatı Azərbaycana işgüzar səfərə gəlib.
Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanda işgüzar səfərdədir

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Avropa Parlamentinin bir qrup deputatı Azərbaycana işgüzar səfərə gəlib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu cümə günü Trend-ə bildirib ki, 4 nəfərdən ibarət nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirəcək, respublikanın bölgələrində olacaq.

Təvəkküloğlu deyib ki, səfər çərçivəsində avropalı deputatları Milli Məclisin spikeri Oqtay Əsədovun qəbul edəcəyi gözlənilir. Milli Məclisdə keçirilən görüşdə Azərbaycan və Avropa parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Qonaqlar məcburi köçkünlərə də baş çəkəcəklər.

Səfər martın 11-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti