...

Qazaxıstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Siyasət Materials 3 Aprel 2012 09:44 (UTC +04:00)
Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulin Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Milli Məclisdən bildirilib.
Qazaxıstan parlamentinin sədri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir M.Əliyev/

Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulin bu ilin birinci yarısında Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə Milli Məclisdən bildirilib.

Bu səfər barədə qərar MDB Parlament Assambleyasının 20 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Niqmatulinin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla görüşündə verilib.

Səfər çərçivəsində parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Əsədovla Qazaxıstan spikerinin görüşündə iştirak edən ölkə parlamentinin Senatının sədri Kayrat Mami iki ölkə arasında münasibətlərin, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib. Mami bu ilin ikinci yarısında Azərbaycana səfərə gələcəyini bildirib. O qarşılıqlı səfərlərin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti