...

ATƏT-in Bakı ofisi gənclər üçün treyninq keçirir

Siyasət Materials 5 Aprel 2012 12:41 (UTC +04:00)
ATƏT-in Bakı ofisi gənc siyasi fəallar üçün ictimai əlaqələr və siyasi kampaniyanın həyata keçirilməsi üzrə dörd günlük treyninq təşkil edir.
ATƏT-in Bakı ofisi gənclər üçün treyninq keçirir

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Mehdiyev/

ATƏT-in Bakı ofisi gənc siyasi fəallar üçün ictimai əlaqələr və siyasi kampaniyanın həyata keçirilməsi üzrə dörd günlük treyninq təşkil edir.

Trend ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, aprelin 5-də Bakı şəhərində start götürən treyninqdə siyasi partiyaların gənclər təşkilatlarının 30-a yaxın nümayəndəsi demokratik institutların yaradılması prosesini təhlil edəcək, beynəlxalq təcrübə mübadiləsi aparacaq, siyasi proseslərdə qadınların rolunu müzakirə edəcəklər. Həmçinin treyninq iştirakçılarına ATƏT-in öhdəlikləri barədə məlumat veriləcək.

"Azərbaycanda gənclər siyasətdə və cəmiyyətdə mühüm rol oynayır. Bu treyninqin məqsədi gənc nəslin Azərbaycanın gələcək inkişafı prosesində fəal iştirakı üçün vərdişlərə yiyələnməsinə kömək göstərməkdir", - ATƏT-in demokratikləşdirmə təsisatının rəhbəri Nikolas Detsç deyib.

Xəbər lenti

Xəbər lenti