...

Azərbaycan Parlamentinin I vitse-spikeri ölkədə fəaliyyət göstərən diplomatik missiyalara müraciət edib

Siyasət Materials 25 Aprel 2012 12:36 (UTC +04:00)
Azərbaycan Parlamentinin birinci vitse-spikeri Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalara müraciət edib.
Azərbaycan Parlamentinin I vitse-spikeri ölkədə fəaliyyət göstərən diplomatik missiyalara müraciət edib

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Parlamentinin birinci vitse-spikeri Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalara müraciət edib.

"Azərbaycanda faəliyyət göstərən diplomatik korpuslara müraciət edirəm, əgər bəzi müxalifət liderləri ilə görüşlər ölkədə bərqərar olan ictimai-siyasi sabitliyi pozmağa xidmət edirsə, bu, bilavasitə Azərbaycanın daxili işinə qarışmaqdır", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, onlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması ilə əlaqədar söhbət edirlərsə, əlbəttə bu, diplomatiya statusuna sığan məsələ deyil və etikadan kənardır.

"Biz bu məsələyə biganə qala bilmərik. Diplomatların müxalifətlə görüşünə faciə kimi baxmırıq. Amma onlar niyə bu insanlarla görüşür, başqa kateqoriyadan olan insanlarla görüşmürlər? Nə üçün onlar Azərbaycanın 1 milyondan artıq məcburi köçkün və qaçqınları ilə görüşmürlər? Azərbaycanın sabitliyini pozmağa meyl edən qüvvələrlə görüşürlər. Deməli məqsəd həmin qüvvələri qızışdırmaqdır", - Əsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti