Azərbaycan, Bakı, 9 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan milli və mənəvi dəyərlər, siyasi plüralizm və dini tolerantlıq sahəsində bir sıra Avropa ölkələrini qabaqlayır. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Məlumatı "France-Presse" agentliyi yayıb.
Həmçinin "France 24" telekanalının yaydığı məlumatda Həsənov bildirib ki, bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr ölkəmizin imicinə ziyan vurmağa çalışırlar.
O qeyd edib ki, xarici KİV-lər iki-üç hadisəni şişirdərək bundan təzyiq yaratmaq üçün istifadə etməyə, ölkənin imicinə zərər vurmağa çalışırlar.
Avropa Yayım Birliyinin baş direktoru İnqrid Deltenre qeyd edib ki, Azərbaycan hökuməti "Eurovision -2012" müsabiqədən özünün müsbət tərəflərini nümayiş etdirmək üçün istifadə etməyə çalışacaq və jurnalistlər də ölkədə baş verənləri izləyəcək.
Əli Həsənov: Azərbaycan siyasi plüralizm və dini tolerantlıq sahəsində bir sıra Avropa ölkələrini qabaqlayır