...

Dəməşqdəki partlayışlar hakimiyyətə sadiq qüvvələrin əməlidir - "Azad Suriya" ordusu

Siyasət Materials 11 May 2012 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir R.Hafizoğlu/

Suriyada ordudan ayrılaraq hakimiyyətə qarşı silahlı mübarizə aparan "Azad Suriya" ordusu mayın 10-da Dəməşqdəki partlayışların hakimiyyətə sadiq qüvvələr tərəfindən törədildiyini bildirib. Bu barədə Trend cümə günü "TRT Haber" telekanalına istinadən məlumat verir.

"Dəməşqdəki partlayışların hakimiyyətə sadiq qüvvələr tərəfindən törədildiyinə dair əlimizdə faktlar var", - "Azad Suriya" ordusunun adı açıqlanmayan nümayəndəsi bildirib.

Qeyd edək ki, mayın 10-da Suriyanın paytaxtı Dəməşqdə iki terror aktı baş verib. İnsident nəticəsində 50-dən çox adam ölüb, 300-dən çoxu yaralanıb.

Hazırda Suriyada müxalifətin silahlı qanadı olan "Azad Suriya" ordusu ilə hökumət qoşunları arasında BMT-nin və ƏDL-in xüsusi nümayəndəsi Kofi Annanın planı çərçivəsində atəşkəs mövcuddur.

Xəbər lenti

Xəbər lenti