...

XİN: İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə olunub

Siyasət Materials 18 İyul 2012 10:56 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki Baş konsulluğunun və Tehrandakı səfirliyinin göstərdiyi səylər nəticəsində İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə olunub.
XİN: İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə olunub

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Təbrizdəki Baş konsulluğunun və Tehrandakı səfirliyinin göstərdiyi səylər nəticəsində İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə olunub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Azərbaycanın Təbrizdəki baş konsulu bu barədə Şərqi Azərbaycan vilayətinin qubernatoru ilə razılığa gəlib", - Abdullayev deyib.

Qeyd edək ki, poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə Bakıya qayıtmalı olduqları gün - mayın 2-də İranda həbs olunublar. Onlar casusluqda ittiham edilirlər.

Xəbər lenti

Xəbər lenti