...

İsmayıl Alpər Coşqun: Türkiyə bütün məsələlərdə Azərbaycanın yanında olacaq (FOTO)

Siyasət Materials 21 Sentyabr 2012 16:35 (UTC +04:00)
Türkiyə bütün məsələlərdə Azərbaycanın yanında olacaq. XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bunu Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri İsmayıl Alpər Coşqun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə deyib.
İsmayıl Alpər Coşqun: Türkiyə bütün məsələlərdə Azərbaycanın yanında olacaq (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Türkiyə bütün məsələlərdə Azərbaycanın yanında olacaq. XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bunu Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri İsmayıl Alpər Coşqun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə deyib.

Məmmədyarov Alpər Coşqunu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Nazir iki dost və qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, regional enerji layihələrinin reallaşdırılmasında hər iki ölkənin mühüm rol oynadığını və TANAP layihəsi ilə bağlı müqavilənin imzalanmasının iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı daha yüksək müstəviyə çıxaracağını bildirib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfərinin yüksək əhəmiyyətini qeyd edib.

Türkiyənin yeni səfiri İsmayıl Alpər Coşqun ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu və yüksək səviyyədə olan ikitərəfli münasibətləri daha da dərinləşdirmək istiqamətində fəaliyyət göstərəcəyini nəzərə çatdırıb. Ölkəmizin regionun çox mühüm strateji ölkəsi olduğunu diqqətə çatdıran səfir, qardaş Türkiyənin bütün məsələlərdə Azərbaycanın yanında olacağını bir daha təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti