...

Gürcüstan GUAM-a sədrlik proqramını açıqlayıb

Siyasət Materials 20 Dekabr 2012 14:33 (UTC +04:00)
Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze bu gün Bakıda ölkəsinin 2013-cü ildə GUAM-a sədrlik proqramını açıqlayıb.
Gürcüstan GUAM-a sədrlik proqramını açıqlayıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir M.Əliyev/

Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze bu gün Bakıda ölkəsinin 2013-cü ildə GUAM-a sədrlik proqramını açıqlayıb.

Trend-in məlumatına görə, o bildirib ki, Gürcüstan təşkilat çərçivəsində daha sıx siyasi fəaliyyətin təmin edilməsinə yardım etmək, yəni daha fəal və koordinasiya edilmiş siyasət yürütmək niyyətindədir.

Vitse-spiker, həmçinin GUAM ölkələrinin müxtəlif sahələr üzrə əməkdaşlığının dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. Bu sıraya GUAM ölkələrinin tranzit potensialının artırılması, iqtisadiyyat sahəsində islahatların aparılması və bu sahənin inkişafı, eləcə də nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması daxildir.

"GUAM-ın azad ticarət zonalarının imkanlarından maksimum istifadə edilməsinə yardım etmək və yeni qarşılıqlı sərfəli iqtisadi layihələrin hazırlanması, o cümlədən maraqlı tərəflərlə birgə belə layihələrin reallaşdırılması imkanlarının öyrənilməsi lazımdır", - Abaşidze vurğulayıb.

O, ümumavropa enerji təhlükəsizliyinin təmin edilməsində GUAM-ın rolunun artırılmasının vacibliyini qeyd edib.

GUAM Parlament Assambleyasına Gürcüstanın sədrliyi proqramına, həmçinin digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi, GUAM məkanında münaqişələrin sülh yolu nizamlanması prosesinin fəallaşdırılması məqsədilə dünya ictimaiyyətinə birgə dəstəyin verilməsi daxildir.

"GUAM-ın tərəfdaş ölkələrlə əməkdaşlığının müsbət dinamikasının dəstəklənməsi, parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi də Gürcüstanın sədrliyi dövründə vacib istiqamətlərdən olacaq", - Abaşidze vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti