...

Ermənistan prezidentliyinə daha bir namizəd seçkiqabağı mübarizədən imtina edə bilər

Siyasət Materials 22 Yanvar 2013 18:13 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd Arman Melikyan seçkiqabağı mübarizədən imtina edə bilər.
Ermənistan prezidentliyinə daha bir namizəd seçkiqabağı mübarizədən imtina edə bilər

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Ermənistan prezidentliyinə namizəd Arman Melikyan seçkiqabağı mübarizədən imtina edə bilər.

Trend-in çərşənbə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, seçkilərin gedişatında qanuna riayət edilmədiyi təqdirdə, namizədin iki yolu var. O və komandası elan edə bilər ki, seçkilərin qanuniliyini tanımır və mübarizə meydanını tərk edir.

"Adım namizəd qismində seçki bülleteninin siyahısına daxil edilməyəcək, lakin seçkilər davam edəcək. Lakin digər variantımız da var. Seçkilərdən öncə bəyan etdik ki, adımın siyahıda olmasından və seçkilərin nəticəsindən asılı olmayaraq, seçkilər qanuni deyil", - Melikyan qeyd edib.

O deyib ki, bu, çağırış deyil və kimi isə ləkələmək niyyəti yoxdur.

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti