...

Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransında iştirak edəcək

Siyasət Materials 30 Yanvar 2013 18:46 (UTC +04:00)
Elmar Məmmədyarov yanvarın 31-də Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya səfər edəcək.
Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 31-də Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya səfər edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.

Onun sözlərinə görə, konfrans zamanı Məmmədyarovun çıxış edəcəyi, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti