...

Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

Siyasət Materials 7 Fevral 2013 18:15 (UTC +04:00)
Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç fevralın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç fevralın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya dövlətinin başçısını və xanımı Dragitsa Nikoliçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Tomislav Nikoliç və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti