...

Serbiya Prezidentinin xanımı Azərbaycan xalçaları ilə tanış olub (FOTO)

Siyasət Materials 8 Fevral 2013 11:41 (UTC +04:00)
Fevralın 8-də Serbiya Respublikası Prezidentinin xanımı Dragitsa Nikoliç “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında olub.
Serbiya Prezidentinin xanımı Azərbaycan xalçaları ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Fevralın 8-də Serbiya Respublikası Prezidentinin xanımı Dragitsa Nikoliç "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olub.

Qonağa gül dəstəsi təqdim edilmiş və məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, onların bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.

Trend-in məlumatına görə, qonağın diqqətinə çatdırılıb ki, 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülmüşdür. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti