...

Yerevanda prezident seçkilərində müşahidə missiyalarına qarşı növbəti aksiya keçirilib

Siyasət Materials 8 Fevral 2013 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Bu gün Yerevanda Mərkəzi Seçki Komissiyasından (MSK) Ermənistan Prezidentinin iqamətgahınadək yürüş keçirilib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, yürüş iştirakçıları əllərində "Bu bizim dövlətimizdir!", "Saxtakarları dəstəkləməyin, gedin!", "Saxtakarlara səs verməyin" və s. yazılmış posterlər daşıyıblar.

Aksiya təşkilatçıları bildiriblər ki, tədbirin məqsədi saxtakarlığa öz paylarını verən MSK və beynəlxalq müşahidə missiyalarının əlaqəsini göstərməkdir.

Onlar ATƏT-in Ermənistanda akkreditə olunan ölkələrinin səfirlərinə müşahidəçilərini geri çağırmaq və saxtakarları dəstəkləməmək barədə məktub göndərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti