...

Prezident Tomislav Nikoliç Serbiyanın Azərbaycandakı səfirliyində olub (FOTO)

Siyasət Materials 9 Fevral 2013 16:12 (UTC +04:00)
Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident Tomislav Nikoliç fevralın 9-da Serbiyanın ölkəmizdəki səfirliyində olub.
Prezident Tomislav Nikoliç Serbiyanın Azərbaycandakı səfirliyində olub (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident Tomislav Nikoliç fevralın 9-da Serbiyanın ölkəmizdəki səfirliyində olub.

Prezident Tomislav Nikoliç səfirlikdə milli adət-ənənəyə uyğun olaraq Serbiya mətbəxinin nümunəsi olan poqaç ilə qarşılanıb.

Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç Prezident Tomislav Nikoliçə səfirliyin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın tarixi 1991-1992-ci illərdən başlayı. 1997-ci ilin avqustundan isə ölkələrimiz arasında rəsmi olaraq diplomatik münasibətlər qurulub. Diqqətə çatdırılıb ki, 2010-cu ilin martında Belqradda, 2011-ci ilin fevralında isə Bakıda hər iki ölkənin diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb.

Səfirliklərin fəaliyyətə başlaması Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafında mühüm rol oynayıb. Hər iki ölkə beynəlxalq arenada bir-birini dəstəkləyir. Ölkələrimiz arasında iqtisadi sahədə də mühüm addımlar atılır, biznes forumları keçirilir. Humanitar sahədə ikitərəfli əlaqələr fəallaşıb. Qeyd edilib ki, Tomislav Nikoliçin rəsmi səfəri Serbiya-Azərbaycan münasibətlərinin yeni müstəvidə inkişafına təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti