...

İlham Əliyev Serbiya Prezidentini təbrik edib

Siyasət Materials 14 Fevral 2013 18:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Serbiya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb.

"Serbiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Serbiya arasındakı dostluq əlaqələrinin inkişafı, ikitərəfli qaydada və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığımızın daha da dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu yaxınlarda Azərbaycana etdiyiniz səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, səfər zamanı Sizinlə görüşlərimiz, apardığımız danışıqlar, imzalanmış sənədlər, o cümlədən dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli münasibətlərimizin inkişafı üçün yeni imkanlar açacaqdır", - təbrikdə deyilir.

İlham Əliyev Tomislav Nikoliçə ən xoş arzularını yetirib, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti