...

Əhməd Oruc: Cəmiyyət bəzi müxalifət liderlərini yalançı kimi tanıyır

Siyasət Materials 22 Fevral 2013 15:12 (UTC +04:00)
Demokratik Qüvvələrin Məşvərət Məsclisində (DQMM) təmsil olunan Azadlıq Partiyasının sədri uzun müddət siyasi meydanda fəaliyyət gösrətən həmkarlarının artıq geri çəkilməsinin tərəfdarıdır.
Əhməd Oruc: Cəmiyyət bəzi müxalifət liderlərini yalançı kimi tanıyır

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.Mehdiyev/

Demokratik Qüvvələrin Məşvərət Məsclisində (DQMM) təmsil olunan Azadlıq Partiyasının sədri uzun müddət siyasi meydanda fəaliyyət gösrətən həmkarlarının artıq geri çəkilməsinin tərəfdarıdır.

"Bizdə müxalifətin ən böyük səhvi odur ki, artıq cəmiyyət tərəfindən dəstəklənmədiyi aşkar görünən siyasilər özlərinin siyasi meydanda əsas fiqurlardan biri kimi qorunub saxlandığı görüntüsünü yaratmağa çalışırlar. Artıq bilirsiniz ki, bir sıra müxalif qüvvələr var ki, Qərb də onları dəstəkləsə də, cəmiyyət onları yalançı, 20 illik müxalifətin məğlubiyyətinin əsas səbəblərindən biri kimi tanıyır", - bu barədə Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

DQMM-in müxalifət düşərgəsindəki digər birliklərlə əməkdaşlığına toxunan Oruc bu istiqamətdə işin o qədər də ürəkaçan olmadığını deyib.

"Biz ötən ilin sentyabr ayında əməkdaşlıqla bağlı İctimai Palataya rəsmi müraciət etmişdik. Onlar bizə rəsmi cavab vermədi, qeyri rəsmi bildirdilər ki, guya funksional əməkdaşlığın tərədarıdırlar, ancaq sonradan bəlli oldu ki, bunlar bizim qurumla heç funksional əməkdaşlıq emək fikrində də deyillər", - Oruc deyib.

Onun sözlərinə görə, yalnız bu quruma daxil olan bir-iki partiya hansısa şəkildə görüntü yaratmaq, guya əməkdaşlıqdan qaçmadıqlarını göstərmək, müxalifətin birliyini göstərmək xatirinə hərdən bizi tədbirlərinə dəvət edirlər.

"Ziyalılar Forumuna da müraciət etmişdik, lakin onlar da bizə cavab vermədilər. İndi Ziyalılar Forumu özüdə kritik bir vəziyyətə düşüb, hərəsi bir söz danışır. Bildiyiniz kimi, prezident seçkilərində iştirak edib-etməməklə bağlı İctimai Palatada da problemlər var, faktiki ayrı-ayrı qruplara, düşərgələrə bölünüblər. Yalnız bizim düşərgədir ki, hələ ki öz mövcudluğunu, vahid mövqeyini qoruyub saxlayır", - partiya sədri deyib.

Onun sözlərinə görə, burada hansısa müxalif bir qüvvə ilk növbədə milli maraqları düşünməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti