...

İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Siyasət Materials 23 Fevral 2013 16:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.

"Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik", - təbrkdə deyilir.

İlham Əliyev Toomas Hendrik İlvesə möhkəm cansağlığı, işlərində uğurlar, dost Estoniya xalqına sülh və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti