...

Rusiya ordusu hava ilə doldurulmuş tank və təyyarə maketləri alacaq

Siyasət Materials 13 Mart 2013 18:24 (UTC +04:00)
Rusiya Silahlı Qüvvələri gələn ildən etibarən tank, təyyarə və raket komplekslərinin hava ilə doldurulmuş maketlərini almağa başlayacaq.
Rusiya ordusu hava ilə doldurulmuş tank və təyyarə maketləri alacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 mart /Trend/

Rusiya Silahlı Qüvvələri gələn ildən etibarən tank, təyyarə və raket komplekslərinin hava ilə doldurulmuş maketlərini almağa başlayacaq. Trend-in çərşənbə günü "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu "RusBal" elmi-istehsalat müəssisəsinin baş direktorunun müavini Viktor Talanov deyib.

O bildirib ki, söhbət T-72 və T-80 tankları, Su-27 və MiQ-31 qırıcı təyyarələri, həmçinin müxtəlif təyinatlı bəzi raket komplekslərinin pnevmotik maketlərindən gedir.

Talanov xatırladıb ki, hərbi texnikanın maketləri rəsmən Silahlı Qüvvələrin təchizatına qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti