...

Bəhreyndəki qarşıdurmalarda 5 nəfər yaralanıb

Siyasət Materials 15 Mart 2013 04:24 (UTC +04:00)
Bəhreyndə baş vermiş qarşıdurmalarda 5 nəfər yaralanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, müxalifət 2011-ci ildə keçirilmiş mitinqin növbəti ildönümü ilə əlaqədar aksiya keçirib.
Bəhreyndəki qarşıdurmalarda 5 nəfər yaralanıb

Azərbaycan, Bakı, 15 mart /Trend/

Bəhreyndə baş vermiş qarşıdurmalarda 5 nəfər yaralanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, müxalifət 2011-ci ildə keçirilmiş mitinqin növbəti ildönümü ilə əlaqədar aksiya keçirib.

Məlumata görə, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə ediblər. Hüquq müdafiəçisi təşkilatlarının verdiyi xəbərə görə, qarşıdurmalarda 5 nəfər yaralanıb, onlardan 3-ü kritik vəziyyətdədir.

Manama polisinin verdiyi məlumata görə isə, aksiya iştirakçıları bir neçə maşına od vurmaq, yolu bağlamaq, həmçinin, əraziyə yağ dağıtmaq istəyib.

Xatırladaq ki, 2011-ci ildə bir sıra ərəb ölkələrində, həmçinin, Bəhreyndə də hökumətə qarşı çıxışlar başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti