...

BŞİH Demokratik Qüvvələrin Məşvərət Məclisinin aksiya ilə bağlı müraciətini cavablandırıb

Siyasət Materials 25 Aprel 2013 17:32 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Məşvərət Məclisinin aprelin 28-də paytaxtın mərkəz yerlərindən birində aksiya keçirilməsi ilə bağlı müraciətini cavablandırıb.
BŞİH Demokratik Qüvvələrin Məşvərət Məclisinin aksiya ilə bağlı müraciətini cavablandırıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Məşvərət Məclisinin aprelin 28-də paytaxtın mərkəz yerlərindən birində aksiya keçirilməsi ilə bağlı müraciətini cavablandırıb.

Məşvərət Məclisində təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc Trend-ə bildirib ki, cavab məktubunda BŞİH aksiyanın müraciətdə göstərildiyi yerlərdə - "Təbriz" kinoteatrının qarşısındakı meydan, Binəqədi rayonunda "Dərnəgül" metrostansiyasının çıxışındakı meydan və Nəsimi rayonu 20 Yanvar küçəsindəki meydanda keçirilməsini məqsədəuyğun saymayıb.

Paytaxt rəhbərliyi bunun əvəzində aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti