Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər E. Tariverdiyeva, V. Javoronkova/
ABŞ dövlət katibinin enerji siyasəti üzrə köməkçisinin müavini Amos Hoçsteyn Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Conas Styuart deyib.
Hoçsteynin səfərinin məqsədi "Caspian Oil & Gas" illik sərgi konfransında iştirak etməkdir.
Tədbir iyunun 4-7-də "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək.