...

Yaqub Eyyubov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək

Siyasət Materials 31 May 2013 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Baş nazirin birinci müavini Yaqub Eyyubov MDB üzvü olan ölkələrin Hökumət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Minskə gəlib. Trend-in məlumatına görə, bu barədə "Belta" portalı xəbər yayıb.

Belarus XİN mətbat xidməti məlumat yayıb ki, görüşdə altı ölkəni-Belarus, Rusiya, Qazaxıstan, Ukrayna, Ermənistan və Tacikistan Baş nazirlərin, Özbəkistan, Qırğızıstan, Azərbaycanı isə Baş nazirlərin birinci müavinlərinin başçılıq etdikləri nümayəndə heyətləri ilə təmsil olunacaq. Türkmənistandan sammitə Nazirlər Kabinetinin sədrinin müavini qatılacaq. Moldovanı isə xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini təmsil edəcək.

Belarusun Baş naziri Mixail Myasnikoviçin sözlərinə görə, iclasda iştirak edəcək nümayəndə heyətlərinin rəhbərlərini Prezident Aleksandr Lukaşenko qəbul edəcək.

Hökumət Başçıları Şurasırəhbərlərinin müzakirəsinə Birlik ölkələrinin iqtisadiyyat, humanitar, təhlükəsizlik, təhsil və innovasiya sahələrində əməkdaşlığına dair 30-dan artıq məsələ çıxardılıb.

İclasda Özbəkistanın MDB çərçivəsində azad ticarət zonası haqqında müqaviləyə qoşulması haqqında protokolu qəbul edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti