...

Azərbaycanın səfirliyinə Türkiyədəki toqquşmalarda zərərçəkmiş ölkə vətəndaşları haqqında məlumat daxil olmayıb

Siyasət Materials 3 İyun 2013 13:40 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyinə ölkənin böyük şəhərlərində baş verən toqquşmalar zamanı zərərçəkən Azərbaycan vətəndaşları barədə məlumat daxil olmayıb.
Azərbaycanın səfirliyinə Türkiyədəki toqquşmalarda zərərçəkmiş ölkə vətəndaşları haqqında məlumat daxil olmayıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyinə ölkənin böyük şəhərlərində baş verən toqquşmalar zamanı zərərçəkən Azərbaycan vətəndaşları barədə məlumat daxil olmayıb.

Türkiyənin İstanbul, sonra Ankara, İzmir və digər böyük şəhərlərində polislə nümayişçilər arasında toqquşmaların başlanğıcından etibarən Azərbaycanın Ankarada yerləşən səfirliyi və İstanbuldakı Baş Konsulluğu vətəndaşlarımızla əlaqə saxlayıb və bu vaxta qədər zərərçəkən Azərbaycan vətəndaşları barədə nə rəsmi, nə də qeyri-rəsmi məlumat yoxdur. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti