...

Barak Obama: Azərbaycanın resurslarının beynəlxalq bazarlara çıxarılması üçün qoyulmuş investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsinə xidmət edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 İyun 2013 11:05 (UTC +04:00)
Böyük investisiyalar Azərbaycan resurslarına bir neçə il sonra beynəlxalq bazarlara çıxmağa və enerji təchizatını sabitləşdirməyə kömək edəcək ki, bu da Azərbaycana energetika sahəsində müstəqilliyini və iqtisadi inkişafını möhkəmləndirməyə kömək edəcək.
Barak Obama: Azərbaycanın resurslarının beynəlxalq bazarlara çıxarılması üçün qoyulmuş investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsinə xidmət edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş iri həcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir. Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obamanın Bakıda 20-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgi və konfransının açılışı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir. Məktubu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.

Məktubda deyilir: "Bakıda keçirilən Beynəlxalq neft, qaz sərgisi və konfransının 20 illiyi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş iri həcmli investisiyalar qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etmiş, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə vermişdir".

Qeyd olunur ki, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr öz növbəsində Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirmişdir. Qarşıdan gələn ildə "Şahdəniz" layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı, eyni zamanda, Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaqdır.

Barama Obama bildirib: "Azərbaycanın neft sərvəti şaxələndirilmiş iqtisadiyyatının inkişafına xidmət etmək, qanunun aliliyinin gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması potensialına malikdir. Bildirmək istəyirəm ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti