...

Gezi parkı üçün referendum təklif olundu

Siyasət Materials 13 İyun 2013 00:19 (UTC +04:00)
AKP-nin sədr müavini və partiyanın sözçüsü Hüseyn Çelik Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Gezi parkı heyətilə görüşündən sonra verdiyi açıqlamada bildirib ki, parkla bağlı layihə İstanbulda referenduma çıxarıla bilər.
Gezi parkı üçün referendum təklif olundu

Azərbaycan, Bakı, 13 iyun /Trend/

AKP-nin sədr müavini və partiyanın sözçüsü Hüseyn Çelik Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Gezi parkı heyətilə görüşündən sonra verdiyi açıqlamada bildirib ki, parkla bağlı layihə İstanbulda referenduma çıxarıla bilər. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verib.

Hüseyn Çelik bildirib ki, "Gezi parkındakı aksiyaların qiyamətə qədər davam etdirilməsi hökumət tərəfindən qəbul edilməyəcək. Hətta belə bir görüşün keçirilməsindən sonra gənclərin Gezi parkını boşaldacaqlarını düşünürəm".

O, əlavə edib ki, Türkiyədə diktatura olmadığı üçün bu cür aksiyalar olur:

"Əgər Türkiyədə diktatura olsaydı, bu aksiyalar ola bilməzdi. Baş tutsaydı belə, nəticə çox fərqli olardı. Təbii ki, bu günə qədər polisin bəzi müdaxilələri oldu. Bu müdaxilələr nəticəsində xəsarət almış vətəndaşlarımız da var. Amma bu gün Londonda "G8"lərin toplantısı öncəsi polislə insanlar arasındakı qarşıdurmalar zamanı yaranmış vəziyyətə də diqqət yetirin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti