...

Aİ Mursinin sərbəst buraxılmasına çağırır

Siyasət Materials 18 İyul 2013 06:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Misirdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Məhəmməd Mursinin sərbəst buraxılmasının vacibliyini vurğulayıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Eşton bildirib: "Bütün açıqlamalarımda və görüşlərimdə Mursinin sərbəst buraxılmasının vacibliyinə inandığımı açıq şəkildə ifadə etdim".

Mursi ilə görüşmək istəyinin gerçəkləşmədiyini bildirən Eşton sabiq Preizidentə yaxşı baxıldığı barədə məlumatlandırıldığını deyib.

Aİ-nin ali nümayəndəsi keçirdiyi görüşlərdə Misirin inkişafı üçün siyasi planın önəmini vurgulayıb.

Xanım Eşton Qahirədə müvəqqəti dövlət başçısı Ədli Mənsur, müvəqqəti vitse-prezident Məhəmməd əl-Baradeyi, müvəqqəti Baş nazir Hazim Bəblavi, Baş nazirin müavini və müdafiə naziri Əbdülfəttah əs-Sisi, xarici işlər naziri Nəbil Fəhmi və "Müsəlman Qardaşlar"ın nazir vəzifəsində çalışmış bəzı üzvləri ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti