Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyəyə məxsus "F-16" tipli qırıcı təyyarələr ötən gün Türkiyə-Suriya sərhədi boyu kəşfiyyat xarakterli uçuşlar həyata keçirib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti Türkiyə Silahlı Qüvvələrinə istinadən xəbər verir.
Türkiyə SQ məlumat yayıb ki, qırıcılar və pilotsuz təyyarələr Türkiyə-Suriya sərhədi yaxınlığında silahlı qruplaşmalar arasında gedən döyüşlərlə əlaqğədar olaraq, 24 saat ərzində bir neçə kəşfiyyat xarakterli uçuş həyata keçirib.
Xatırladaq ki, çərşənbə günü Türkiyə-Suriya sərhədi yaxınlığında terrorçu PKK təşkilatının Suriya qanadı ilə "Cəbhət ən-Nusra" ekstremist təşkilatının yaraqlıları arasında qanlı döyüşlər olub.