...

Türkiyə XİN Misirlə sazişlərin dondurulmasına dair məlumatları təkzib edib

Siyasət Materials 31 İyul 2013 10:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Xarici İşlər Nazirliyi iyulun 31-də Ankaranın Misirlə imzaladığı bir sıra sazişləri dondurmağı qərar almasına dair məlumatları təkzib edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyə XİN-in saytında dərc olunan xəbərdə deyilir.

Məlumatda deyilir ki, Türkiyə ilə Misir arasında imzalanan bütün sazişlər qüvvədə qalır.

Dünən Türkiyənin bir sıra kütləvi informasiya vasitələrində Türkiyənin Misirlə imzalanan bir sıra sazişləri dondurmağı qərara aldığı barədə məlumatlar dərc edilib.

Məlumatlarda nəqliyyat, təhsil və səhiyyə sahəsində ikitərəfli sazişlərin dondurulduğu xəbər verilib. Bundan başqa, Ankara guya Türkiyədə istehsal olunan ANKA pilotsuz təyyarələrinin Misirə satışını dayandırıb.

Qeyd edək ki, Mursinin devrilməsindən sonra Türkiyə ilə Misir arasındakı münasibətlərdə bir qədər gərginlik müşahidə olunur. Belə ki, Ankara Misirdə baş verən hadisəni "hərbi çevriliş" adlandıraraq Misirdəki yeni rejimin legitim olmadığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti