...

Gəncədə YAP-ın namizədi üçün imzatoplama kampaniyasına start verilib (FOTO)

Siyasət Materials 14 Avqust 2013 18:21
Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev üçün imzatoplama kampaniyasına start verilib. Bu barədə Trend-ə partiyanın Gəncə şəhər təşkilatından məlumat verilib.
Gəncədə YAP-ın namizədi üçün imzatoplama kampaniyasına start verilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev üçün imzatoplama kampaniyasına start verilib. Bu barədə Trend-ə partiyanın Gəncə şəhər təşkilatından məlumat verilib.

Məlumata əsasən, Gəncə sakinləri imzatoplamada çox aktiv iştirak edirlər və YAP-ın namizədini dəstəklədiklərini bildirirlər.

Məlumatda o da qeyd olunur ki, oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı imzatoplama kampaniyası tam qanunauyğun şəkildə həyata keçirilir.

Buna qədər YAP-in Gəncə şəhər təşkilatı Azərbaycan Respublikasının Prezidentiyinə namizədin müdafiəsi üçün təlimatlandırıcı treninq də keçirib. Əsas məqsəd prezidentliyə namizədliyi təsdiq edilən şəxsin müdafiəsi üçün seçki imzalarının toplanması qaydalarını izah etmək olub.

Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı qarşıda duran vəzifələrdən, seçki prosesində namizədin müdafiəsi üçün imzaların toplanması qaydalarından danışıb. Gəncə şəhər fəallarının üzərinə düşən vəzifələri qeyd edən təşkilatın sədri bu işin mütəşəkkil keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti