...

Fransa kəşfiyyatı 21 avqust hücumunun arxasında Əsəd hökumətinin dayandığını iddia edir

Siyasət Materials 3 Sentyabr 2013 02:08 (UTC +04:00)
Dəməşq ətrafında kimyəvi silahla hücumun arxasında Suriya Prezidenti Bəşşar Əsəd hökuməti dayanır.
Fransa kəşfiyyatı 21 avqust hücumunun arxasında Əsəd hökumətinin dayandığını iddia edir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Dəməşq ətrafında kimyəvi silahla hücumun arxasında Suriya Prezidenti Bəşşar Əsəd hökuməti dayanır. Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa kəşfiyyatı tərəfindən hazırlanmış hesabatda deyilir.

Hazırlanmasında xarici mütəxəssislərin və hərbi kəşfiyyatçıların iştirak etdiyi doqquz səhifəlik sənəd Əsəd hökuməti tərəfindən beş hissəyə ayrılan hücum haqqında məlumatı əks etdirir.

Hesabatda hücumun mənbəyinin hökumət tərəfindən nəzarət olunan ərazilər olduğunu göstərən peykdən çəkiliş də yer alıb.

Sənəddə deyilir: "Yerli sakinləri təşvişə salmaq üçün kimyəvi silahın tətbiqi yolu ilə əvvəlki hücumlardan fərqli olaraq, 21 avqust hücumunun məqsədi ərazini zəbt etmək olub".

Xəbər lenti

Xəbər lenti