...

Con Kerri Azad Suriya Ordusunun komandanı ilə hərbi əməliyyat planını müzakirə edib

Siyasət Materials 3 Sentyabr 2013 07:51 (UTC +04:00)
ABŞ dövlət katibi Con Kerri Vaşinqtonun Bəşşar Əsəd hökumətinə qarşı hərbi əməliyyat keçirmək planını müzakirə etmək üçün Azad Suriya Ordusunun komandanı Səlim İdrisə zəng edib.
Con Kerri Azad Suriya Ordusunun komandanı ilə hərbi əməliyyat planını müzakirə edib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

ABŞ dövlət katibi Con Kerri Vaşinqtonun Bəşşar Əsəd hökumətinə qarşı hərbi əməliyyat keçirmək planını müzakirə etmək üçün Azad Suriya Ordusunun komandanı Səlim İdrisə zəng edib. Trend İTAR-TASS-a istinadən məlumat verir ki, bu barədə S.İdris CNN telekanalına müsahibəsində bildirib.

Komandan ABŞ Prezidenti Barak Obamanın Konqres üzvlərinə Suriya rejiminin mövqelərinə zərbələr endirməyə icazə verən qətnamə layihəsinə baxılması xahişi ilə müraciət etmək qərarını dəstəkləyib: "Biz demokratik ölkədə qərar qəbul etmək mexanizmini anlayırıq və hesab edirik ki, bu addım qanunvericiliyin qorunması ilə daha səmərəli olacaq. Biz ümid edirik ki, digər dost ölkələr də Suriya rejimi əleyhinə kampaniyaya qoşulacaq".

S.İdris əks təqdirdə Suriya hakimiyyətinin yaxın günlərdə kimyəvi silahdan istifadə edə biləcəyindən narahat olduğunu qeyd edib.

C.Kerri telefon danışığı zaman əmin olduğunu bildirib ki, ABŞ-ın hərbi əməliyyatı Suriya Prezidenti Bəşşar Əsədi kimyəvi silahın tətbiqinə görə məsuliyyəti qəbul etməyə məcbur edəcək və gələcəkdə Suriya hakimiyyətinin kimyəvi silahdan istifadə etməsi ehtimalını azaldacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti