...

Prezident İlham Əliyev: Azərbaycan bu gün etnik-mədəni müxtəlifliyin, multikulturalist ənənələrin qorunub saxlandığı nadir məkanlardandır

Siyasət Materials 3 Sentyabr 2013 18:37 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.
Prezident İlham Əliyev: Azərbaycan bu gün etnik-mədəni müxtəlifliyin, multikulturalist ənənələrin qorunub saxlandığı nadir məkanlardandır

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının əlamətdar milli bayramlarından olan Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm".

Dövlət başçısı qeyd edib ki, Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan bu gün etnik-mədəni müxtəlifliyin, multikulturalist ənənələrin qorunub saxlandığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad şəraitinin mövcud olduğu nadir məkanlardandır. Xalqlararası ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, vətəndaş həmrəyliyinin, nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü Azərbaycan cəmiyyətində yəhudi icmasının özünəməxsus yeri vardır:

"Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, yəhudi əsilli vətəndaşlarımız hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edir, hüquqi dövlət quruculuğu prosesində fəal mövqe nümayiş etdirirlər.

Yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzi olan Roş-Ha-Şana münasibətilə bir daha hər birinizi təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti