...

Vahid Əliyev: Dövlət sərhədlərinin mühafizəsi beynəlxalq təhlükəsizliyin təminatında əsas səylərdən biridir (ƏLAVƏ OLUNUB 2)

Siyasət Materials 9 Sentyabr 2013 10:06 (UTC +04:00)
Hazırda qloballaşma və dünya birliyində müxtəlif ölkələrin birləşməsi prosesi ilə əlaqədar dövlət sərhədlərinin effektiv mühafizəsi beynəlxalq təhlükəsizliyin təminatında əsas səylərdən biridir.
Vahid Əliyev: Dövlət sərhədlərinin mühafizəsi beynəlxalq təhlükəsizliyin təminatında əsas səylərdən biridir (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 9 sentyabr / Trend, müxbir M.Əliyev /

Hazırda qloballaşma və dünya birliyində müxtəlif ölkələrin birləşməsi prosesi ilə əlaqədar dövlət sərhədlərinin effektiv mühafizəsi beynəlxalq təhlükəsizliyin təminatında əsas səylərdən biridir.

Trend-in məlumatına görə, bunu MDB ölkələrinin sərhəd qoşunları komandanları Şurasının 70-ci iclasında öz çıxışında Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev deyib.

V.Əliyev bildirib: "Dövlət sərhədlərinin mühafizəsi - beynəlxalq terrorizmə, separatizmə, transsərhəd mütəşəkkil cinayətkarlığa, qeyri-leqal miqrasiyaya, narkotiklərin və kütləvi qırğın silahının komponentlərinin qaçaqmalçılığına qarşı fəaliyyətin təsirli alətidir, bu aktual və tez-tez faciəvi nəticələnən problemlərlə bu iclasın iştirakçıları olan bütün ölkələr üzləşirlər. Kimsə az, kimsə çox, ancaq tamamilə hamı. Bizdə, Azərbaycanda da problem var və biz hesab edirik ki, onun əsasında bizim yaşadığımız separatizm problemi dayanır".

General-leytenantın sözlərinə görə, dünyanın daha sıx, şəffaf olduğu zamanda biz hamımız anlayarıq ki, bizim sərhədlərimiz bilavasitə bizim ərazimizdən başlayır: "Bizim sərhədlərimizi qoruyan şəxslər, sizin də sərhədinizi qoruyurlar. Hər ötən gün bizim səhv etmək hüququmuz azalır, məsuliyyətimiz isə artır. Bu anlamda beynəlxalq sərhəd əməkdaşlığı daha böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, sərhədlərin təhlükəsizliyinin təmin olunması o cümlədən dövlət təhlükəsizliyi sisteminin əsas prioritetlərindən biridir və regionda sabitliyin zəmanətidir. Hazırda dövlət sərhədində təhdidlərin spesifika və xarakteri, o cümlədən sərhədçilər qarşısında qoyulan hədəflər bizim ölkələr arasında sərhəd təhlükəsizliyinin təmin olunması üçün yeni metod və yanaşmalar tələb edir".

V.Əliyev bildirib ki, hazırda Azərbaycan dünya birliyində layiqli yer tutur və onun beynəlxalq aləmdə nüfuzu hər il artır: "Azərbaycanın uğurları siyasət, iqtisadiyyat, geosiyasət, energetika , mədəniyyət və s. sahələri əhatə edir. Buna nümunə olaraq, son bir il yarım ərzində keçirilən beynəlxalq "Avroviziya" müsabiqəsi, Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum, Beynəlxalq Humanitar Forum, Ümumdünya Davos İqtisadi Forumu, İƏT-in 12 sammiti kimi tədbirləri qeyd etmək olar. Ölkənin öz tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi 2012-ci ilin sentyabrın birindən bu təşkilatda fəaliyyətdə başlamasını xüsusi qeyd etmək lazımdır. Azərbaycan Meksikada keçirilən "Böyük İyirmilik" ölkələrinin tədbirində və Koreyanın paytaxtı Seulda təşkil olunan nüvə təhlükəsizliyi samitində təmsil olunub".

V.Əliyevin sözlərinə görə, daxili siyasi sabitlik, iqtisadi inkişafın yüksək templəri, uğurlu sosial siyasət və əhalinin yüksək rifahının yaxşılaşdırılması nəticəsində Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli platformaya çevrilib ki, bunu öz növbəsində Bakıda MDB ölkələrinin sərhəd qoşunları komandanları Şurasının iclasının keçirilməsi təsdiqləyir.

V.Əliyev bildirib: "Azərbaycanın demokratik ölkə kimi inkişafı, ölkə daxilində sosial-siyasi vəziyyətin sabitləşməsi, beynəlxalq əməkdaşlığın genişlənməsi, o cümlədən Xəzərdə olan neft yataqlarından nəqliyyat dəhlizlərinin və ixracat boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması sərhəd xidmətində köklü dəyişikliklərin edilməsinə ehtiyacın olduğunu göstərdi və bunun məntiqi yekunu da Azərbaycanda Dövlət Sərhəd Xidmətinin yaranması oldu. Ölkə rəhbərliyi sərhəd təhlükəsizliyinin, sərhədlərin idarə olunması sistemlərinin inteqrasiya edilməsinə, sərhəd nəzarətində yeni norma və metodların tətbiqinə hərtərəfli dəstək göstərir. Yalnız son on il ərzində ölkə başçısı 19 dəfə Sərhəd Xidmətinin müxtəlif hissələrinə baş çəkib və dövlət sərhədlərinin mühafizəsinin təşkili üzrə işlərin vəziyyəti ilə şəxsən tanış olub. 2005-ci ildən etibarən Sərhəd Xidmətinin büdcəsi yeddi dəfə artıb".

Onun sözlərinə görə, müasir sərhəd infrastrukturunun yaradılması üzrə böyük həcmdə işlər görülüb, maddi-texniki baza yaxşılaşdırılıb, 1200 mənzil, Olimpiya İdman Mərkəzi, istirahət evi tikilib və istismara verilib: "Havadan nəzarətin gücləndirilməsi və Xəzərdə sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə sahil mühafizə dəstələri yaradılıb. Həmçinin şəxsi heyətin ixtisaslaşdırılmasının yaxşılaşdırılması məsələsinə də böyük diqqət ayrılır. Belə ki, ölkə başçısının sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Akademiyası yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti