...

Almaniya Bundestaqının üzvü: Azərbaycanda seçicilər prezident seçkilərində fəal iştirak edirlər

Siyasət Materials 9 Oktyabr 2013 17:41 (UTC +04:00)
Azərbaycanlı seçicilər prezident seçkilərində fəal iştirak edirlər.
Almaniya Bundestaqının üzvü: Azərbaycanda seçicilər prezident seçkilərində fəal iştirak edirlər

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanlı seçicilər prezident seçkilərində fəal iştirak edirlər.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Bundestaqının üzvü Egon Juettner bildirib.

Bundan əvvəl iki dəfə Bakıda olan alman parlamentari bu dəfə Azərbaycandakı prezident seçicilərini müşahidə etmək üçün gəldiyini deyib: "Bu gün bir neçə məntəqədə olmuşam. Xüsusi bir mənfi hal aşkarlanmayıb. Ümid edirəm ki, seçkilər yaxşı keçəcək. Bu barədə axşam nəticələr çıxanda daha yaxşı biləcəyik. Burada da Almaniyadakı kimi insanlar seçkidə fəal iştirak edirlər. Hətta məntəqələrin birində saat 8-dən əvvəl belə insanlar gəlmişdi, sadəcə seçki prosesi başlamadığından onları içəri buraxmırdılar. Bu mənzərəni görmək çox maraqlıdır. Bu yaxşıya işarədir. Burada da seçki prosedurları Almaniyada olduğu kimidir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti