...

Çexiyada seçkilər birmənalı qalibi aşkar etməyib

Siyasət Materials 27 Oktyabr 2013 02:05 (UTC +04:00)
Çexiyada növbədənkənar parlament seçkilərində bütün bülletenlərin hesablanmasından sonra solçu Sosial-demokrat partiyası 20.45% səs toplayıb.
Çexiyada seçkilər birmənalı qalibi aşkar etməyib

Azərbaycan, Bakı, 27 oktyabr / Trend /

Çexiyada növbədənkənar parlament seçkilərində bütün bülletenlərin hesablanmasından sonra solçu Sosial-demokrat partiyası 20.45% səs toplayıb. Trend BBC-yə istinadən bu barədə məlumat verir.

Beləliklə, sosial-demokratlar 200-dən 50 yeri əldə ediblər. Hökuməti formalaşdırmaq üçün bu, yetərli deyil, partiya koalisiya barədə danışıqlara başlayacaq.

Bu partiyanın müttəfiqləri, 14.91% səs toplayaraq 33 yer əldə edən, üçüncü yeri tutmuş kommunistlərdir.

İkinci yeri 18.65% səs toplayaraq, parlamentdə 47 yer əldə edən yeni sentrist partiyası "Narazı vətəndaşlar aksiya"sı (NVA) olub.

Bir çox müşahidəçilər NVA-nın yüksək nəticəsini gözlənilməz adlandırıblar.

Xəbər lenti

Xəbər lenti