...

Müxalifət: Türkiyənin hakim partiyası hicablı deputatlardan siyasi məqsədlər üçün istifadə edir

Siyasət Materials 31 Oktyabr 2013 17:19 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hicab geyinən deputatlardan siyasi məqsədlər üçün istifadə edir.
Müxalifət: Türkiyənin hakim partiyası hicablı deputatlardan siyasi məqsədlər üçün istifadə edir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hicab geyinən deputatlardan siyasi məqsədlər üçün istifadə edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) bəyanatında deyilir.

CHP-nin bəyanatında bildirilir ki, hökumət bütün siyasi qüvvələri sıxışdırır.

Telekanalın məlumatına görə, ölkə parlamentinə artıq 4 deputat hicabda gəlib. Onlar AKP-nin deputatları Gülay Samancı, Sevda Bəyazid Kaçar, Könül Bekin və Nurcan Dalbudakdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti