...

Möhsün Pakayin: İsrailin Qafqazda nüfuzunun olduğu şişirdilir

Siyasət Materials 4 Noyabr 2013 12:35 (UTC +04:00)
"İsrailin Qafqazda nüfuzunun olduğu şişirdilir. Qərb ölkələri və İsrailin hiylələrindən biri budur ki, Mərkəzi Asiya və Qafqaz ölkələrini İran üçün təhlükə mənbəyi kimi göstərsin".
Möhsün Pakayin: İsrailin Qafqazda nüfuzunun olduğu şişirdilir

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir T.Cəfərov/

"İsrailin Qafqazda nüfuzunun olduğu şişirdilir. Qərb ölkələri və İsrailin hiylələrindən biri budur ki, Mərkəzi Asiya və Qafqaz ölkələrini İran üçün təhlükə mənbəyi kimi göstərsin". Trend-in məlumatına görə, bunu jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfir bildirib ki, İran öz xarici siyasətində uğur qazanmaq üçün qonşuları, xüsusilə Mərkəzi Asiya və Qafqaz ölkələrinin potensial imkanlarından istifadə etməlidir: "Təəssüflər olsun ki, bəzən İran bu ölkələrə təhlükə mənbəyi kimi qələmə verilir. Bu, Qərb ölkələri və İsrailin hiylələrindən biridir ki, Mərkəzi Asiya və Qafqaz ölkələrini İran üçün təhlükə mənbəyi göstərsin və İranı həmişə gərginlikdə saxlasın".

Pakayin deyib ki, həqiqətdə İsrail və İranın ətrafındakı qonşu ölkələrin münasibətləri elə İsrail mediası tərəfindən şişirdilir.

Səfir hesab edir ki, əgər İsrailin bölgədəki nüfuzu ilə bağlı xəbərlərə diqqət etsək, görərik ki, həmin xəbərlər İsrailin öz mediaları tərəfindən yayımlanıb: "Onlar region ölkələrinin İrana qarşı təhlükə mənbəyi olması məsələsini şişirdir. Digər tərəfdən, İsrail və həmin ölkələr arasında münasibətlərin yaxşı olmasını da şişirdirlər. İsrail və bəzi qonşu ölkələr arasında ticarət səviyyəsinin milyardlarla dollar həcmində olması həqiqətə uyğun olmayan rəqəmdir və reallıqda bu göstərici daha aşağıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti