...

Qazaxıstan Azərbaycanla məhkumların təhvil verilməsi haqqında müqaviləyə düzəlişləri paraflayıb

Siyasət Materials 12 Dekabr 2013 10:15 (UTC +04:00)
Qazaxıstan parlamenti 10 iyun 1997-ci ildən azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının sonrakı müddətinin çəkilməsi üçün ölkəsinə təhvil verilməsi haqqında Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə dəyişiklik edilməsi haqqında protokolu təsdiqləyib.
Qazaxıstan Azərbaycanla məhkumların təhvil verilməsi haqqında müqaviləyə düzəlişləri paraflayıb

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Qazaxıstan parlamenti 10 iyun 1997-ci ildən azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının sonrakı müddətinin çəkilməsi üçün ölkəsinə təhvil verilməsi haqqında Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə dəyişiklik edilməsi haqqında protokolu təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyinin müxbiri ölkə Senatının plenar iclasından xəbər verir.

Senatın Konstitusiya qanunvericiliyi, məhkəmə sistemi və hüquq-mühafizə orqanları üzrə komitəsinin rəyində deyilir: "Protokolda ölkənin mərkəzi orqanı tərəfindən Qazaxıstan Daxili İşlər Nazirliyi üçün azadlıqdan məhrum edilmiş şəxslərin təhvil verilməsi məsələlərində bəzi ziddiyyətlərin aradan qaldırması nəzərdə tutulur".

Cümə axşamı deputatlar Senatın plenar iclasında protokolun paraflanması haqqında qanuna səs veriblər. Paraflanma haqqında qanun imzalanmaq üçün Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti