...

Azərbaycanla Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 30 Yanvar 2014 16:49 (UTC +04:00)
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın ölkəmizdəki səfiri Zoran Vayoviçi qəbul edib.
Azərbaycanla Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İzzət/

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın ölkəmizdəki səfiri Zoran Vayoviçi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir qonaqla regiondakı hərbi-siyasi vəziyyəti, Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq məsələlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

General-polkovnik Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllində Serbiyanın göstərdiyi dəstəyə görə səfirə minnətdarlığını bildirib.

Öz növbəsində, Z.Vayoviç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb, Serbiyanın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti