...

Serbiya Azərbaycanla viza rejiminin sadələşdirilməsinə maraq göstərir

Siyasət Materials 14 Fevral 2014 12:51 (UTC +04:00)
Serbiya Azərbaycanla viza rejiminin sadələşdirilməsinə maraq göstərir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bildirib.
Serbiya Azərbaycanla viza rejiminin sadələşdirilməsinə maraq göstərir

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir S.Ağayeva/

Serbiya Azərbaycanla viza rejiminin sadələşdirilməsinə maraq göstərir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bildirib.

O, qeyd edib ki, bu məsələ iki ölkənin Xarici İşlər nazirlikləri arasında konsul məsləhətləşmələri zamanı müzakirə olunub.

Bir müddət əvvəl iki ölkə diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza rejimini sadələşdirib.

Diplomatın sözlərinə görə, ötən il Serbiyanın Azərbaycandakı səfirliyi tərəfindən 750-dən çox viza verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti