...

Türkiyə parlamenti kəşfiyyat xidmətinin fəaliyyəti haqqında qanun layihəsində dəyişikliklərə baxır

Siyasət Materials 20 Fevral 2014 11:21 (UTC +04:00)
Türkiyə parlamenti növbəti iclasında ölkədə kəşfiyyat xidmətinin (MİT) fəaliyyəti haqqında qanun layihəsində dəyişiklikləri müzakirə edəcək.
Türkiyə parlamenti kəşfiyyat xidmətinin fəaliyyəti haqqında qanun layihəsində dəyişikliklərə baxır

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə parlamenti növbəti iclasında ölkədə kəşfiyyat xidmətinin (MİT) fəaliyyəti haqqında qanun layihəsində dəyişiklikləri müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər yayıb.

Qanun layihəsinə aşağıdakı bəndlər üzrə dəyişiklik edilməsi planlaşdırılır: kəşfiyyat xidmətinin əməkdaşları barəsində işə yalnız Türkiyənin Ali Məhkəməsində baxılacaq; məhkəmənin kəşfiyyat xidmətinin əməkdaşları barəsində hökm və qərarlarına yenidən baxılmayacaq; Türkiyənin kəşfiyyat idarəsinin əməkdaşlarının ailə üzvləri terrorizmlə mübarizə çərçivəsində dövlət tərəfindən mühafizə olunacaqlar.

Bundan əlavə, qanun layihəsində daha bir dəyişikliyə əsasən isə, ölkənin kəşfiyyat xidmətinin əməkdaşlarından dəlilsiz şikayətlərə prokurorluq tərəfindən baxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti